Leyla Yunusun xəyanətkar və satqın olduğu bir daha sübut olundu
08.03.2019 [09:18]
Ermənilərin təşkil etdiyi tədbirdə ölkəmizin ünvanına şər və böhtanlar yağdıran bu antimilli ünsürə dəstək verən radikal müxalifət təmsilçiləri də xalqımıza qarşı eyni dərəcədə düşmən mövqedə dayandıqlarını nümayiş etdirirlər
Sirr deyil ki, son illərdə ölkəmizin bütün sferalarda əldə etdiyi möhtəşəm nailiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsini təmin edib. Bu isə, şübhəsiz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizin mövqeyinin əsaslı şəkildə güclənməsinə və Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinə də rəvac verib. Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ucbatından bütün beynəlxalq layihələrdən təcrid olunan, hazırda dalana dirənən Ermənistanın iqtisadi perspektivi yoxdur. Ona görə də bir sıra anti-Azərbaycan mərkəzlər, erməni diasporunun sifarişlərini icra edən qruplar ölkəmizə qarşı müxtəlif piar kampaniyaları həyata keçirir, Azərbaycanın beynəlxalq nüfuzunu ləkələməyə, ölkəmizə təzyiqlər göstərməyə çalışırlar. Təəssüf ki, Azərbaycana qarşı aparılan bu prosesdə bir sıra “sapı özümüzdən olan baltalar” - “beşinci kolon” təmsilçiləri, xaricdə məskunlaşmış antimilli ünsürlər də fəal rol alırlar. Bunlardan biri də ermənipərəst Leyla Yunusdur.
Qeyd edək ki, vaxtilə “hüquq müdafiəçisi” adı altında gizlənən, xarici ölkədə məskunlaşdıqdan sonra isə açıq şəkildə ermənilərə xidmət edən Leyla Yunus yenidən özünün “erməni xisləti”ni büruzə verib. Belə ki, ermənilərin Avropa Parlamentindəki “Armenophobia” tədbirində öz ənənəsinə sadiq qalan Leyla Yunus işğalçı ölkənin mövqeyini müdafiə edib, Azərbaycan xalqına qarşı əsassız ittihamlar səsləndirib, təhqiramiz fikirlər söyləyib. Bununla da ermənilərin və erməni lobbisinin Azərbaycana qarşı çirkin təbliğatını davam etdirib.
Təbii ki, hər zaman ermənilərlə işbirliyində olmasını əməlləri və açıqlamaları ilə “etiraf edən”, hətta bununla “qürrələnən” Leyla Yunusun yenidən bu ampluada ortaya çıxması təəccübləndirici deyil. Çünki Leyla Yunus daima Azərbaycanı hədəf götürüb. Bütün ömrünü ölkəmizi qaralamağa həsr edən Leyla Yunusun fəaliyyəti, ermənilərlə qohumluğu, ermənipərəst dairələrlə işbirlikləri, işğalçı ölkəyə bəslədiyi rəğbət haqqında ictimaiyyət kifayət qədər məlumatlıdır. Mütəmadi olaraq, Azərbaycan haqqında həqiqətdən uzaq, reallıqla səsləşməyən, ölkəmizin mənfi imicinin formalaşdırılması niyyətinə xidmət edən məlumatların beynəlxalq təşkilatlara ötürülməsi, Azərbaycan haqqında qərəzli hesabatların hazırlanmasında birbaşa iştirak etməsi, Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsi L.Yunusun gündəlik fəaliyyətinin özəyini təşkil edir. Ona görə də bu antimilli ünsürün indi ermənidən artıq ermənilik etməsi gözlənilən idi. Və Leyla Yunus, sadəcə, növbəti dəfə özünü ifşa etdi.
Əlavə edək ki, L.Yunusun ermənipərəstliyi onun “müdafiəçilərini” - radikal müxalifət düşərgəsində cəmlənmiş antimilli ünsürlərin də simasını ortaya qoymuş olur. Radikal ünsürlərin kimləri müdafiə etdiyi, hansı məqsədlərə və dairələrə xidmət göstərdiyi bu faktla bir daha aşkara çıxır. Bəli, Leyla Yunus radikal müxalifətin, Əli Kərimlinin, antimilli və dağıdıcı ünsürlərin müdafiə etdiyi bir yaramazdır. Azərbaycan xalqına düşmən kəsilən ermənini özünə dost sayan Leyla Yunusu müdafiə edən dağıdıcı ünsürlərin xəyanətkar, satqın mövqedə durduğu bir daha sübut olunur. Yəni radikal ünsürlər Leyla Yunus ilə eyni “mənəviyyat”ı bölüşürlər - onlar eyni dərəcədə mənəviyyatsızdırlar.
Digər tərəfdən, eyni mənbədən (erməni lobbisindən) maliyyələşən bu insanların eyni “ideya”nın daşıyıcısı olduqlarını nəzərə alsaq, yəqin ki, radikalların L.Yunusu belə ciddi-cəhdlə “müdafiə” etməsinin arxasında həm də dağıdıcı ünsürlərin maliyyə maraqları dayanır. Bir sözlə, pul üçün bütün yollara baş vurmaqda “peşəkar” olan Əli Kərimli və digər radikal ünsürlər bir daha ölkəmizə qarşı aparılan ermənipərəst kampaniyaların tərkib hissəsi olduqlarını etiraf edirlər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

