/ / Hikmət Babaoğlu: Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir
Hikmət Babaoğlu: Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir
14.03.2019 [09:42]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində keçirdiyi görüşlər, xüsusilə də Baş nazir Eduard Filip ilə görüşü iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur, ancaq bununla belə, əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur. Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri və üstəlik, ATƏT-in Minsk qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib.
Deputat qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Fransanın 59 şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər böyükdür. Fransanın Baş naziri ilə görüşdə dəmir yolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır. Heç şübhəsiz, Fransa yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi üzərinə ciddi öhdəlik götürüb və biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir.
Hikmət Babaoğlu əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin tənzimlənməsi ilə bağlı 4 qətnaməsi var. Münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində çox da sadə olmayan bir mərhələdə Fransa Baş nazirinin belə mövqe bildirməsi, əslində, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında səsləndirilən “Helsinki Yekun Aktında göstərilən milli müqəddəratı təyinetmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır” prinsipini dəstəkləmək kimi başa düşülür. Bu bəyanatı qəbul edən ölkələrdən biri həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsək, görəcəyik ki, Azərbaycanın Birinci vitse-prezidentinin səfərinin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, həm də mühüm siyasi tərəfləri də var və bu, bizim üçün olduqca əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

