Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazirin müavini Əli Əhmədov Çin Xarici Əlaqələr İnstitutunun prezidenti Liang Jianquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Baş nazirin müavini Əli Əhmədov Çin Xarici Əlaqələr İnstitutunun prezidenti Liang Jianquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

14.03.2019 [10:00]

Martın 13-də Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Xarici Əlaqələr İnstitutunun prezidenti Liang Jianquanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş nazirin müavini deyib ki, dost ölkələr olan Çin və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var və bu münasibətlər davamlı olaraq inkişaf edir. Bütün sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğunu vurğulayan Əli Əhmədov intensiv xarakterli qarşılıqlı səfərlərin bu münasibətləri daha da möhkəmləndirdiyini və əldə olunan nəticələrin xalqlarımızın rifahı naminə real səmərə verdiyini bildirib.
Qonaq Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən və sabit inkişafından razılığını ifadə edərək, hər iki ölkədə qarşılıqlı siyasi etimadın daim dərinləşdiyini, əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrində, həqiqətən, çox səmərəli nəticələr əldə olunduğunu, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyətlərin uğurla davam etdiyini diqqətə çatdırıb. Liang Jianquanq geosiyasi baxımdan əhəmiyyətli mövqeyə malik olmaqla yanaşı, sürətlə inkişaf edən Azərbaycan və tədricən dünya iqtisadiyyatının inkişafında əhəmiyyətli mövqeyə malik olan Çin arasında əlaqələrin inkişaf perspektivlərinin məmnunedici olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Çin-Azərbaycan münasibətlərinin gələcək hədəfləri barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31