Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vidadi İsgəndərlinin erməni sevgisi

Vidadi İsgəndərlinin erməni sevgisi

15.03.2019 [09:46]

Yaxud Sergey Akopyanın və Araz Mirzəbekyanın “tezis”lərini təkrarlayan xəyanətkar V.İsgəndərli düşmən ölkənin işğalçılıq siyasətinə haqq qazandırmağa cəhd göstərir
Öz inkişafına görə Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan bu gün həm xarici, həm də daxili arenada əldə etdiyi mütləq uğurlarla seçilir. Və ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlar məhz aparılan düzgün siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Onu da qeyd edək ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ölkənin sabit inkişafına, o cümlədən milli mənafenin qorunmasına köklənmiş xarici siyasət kursu xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Eyni zamanda məhz bu uğurlu siyasətin nəticəsidir ki, artıq dünya ictimaiyyəti ölkəmizin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığı fəaliyyətə açıq dəstək nümayiş etdirir. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları Ermənistanı işğalçı kimi tanıyır və qəbul edilən qətnamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.
Təbii ki, Azərbaycanın düşmən ölkə üzərində əldə etdiyi bu üstünlüklər dostlarımızı sevindirdiyi kimi, dünya erməniliyinə xidmət edən dairələri və onların əlaltılarını ciddi şəkildə narahat edir. Bu səbəbdəndir ki, həmin dairələr zaman-zaman ermənipərəst mərkəzlərin xidmətçiliyini həyata keçirən “sapı özümüzdən olan baltalar”dan, yəni xəyanətkarlardan ölkəmizə qarşı qaralama kampaniyasının aparılmasında istifadə edirlər. Daha dəqiq desək, hər zaman anti-azərbaycançı dairələrin qulluqçusu kimi “fəallıq” göstərən, pul qarşılığında xalqını və dövlətini satmağa hazır olan Vidadi İsgəndərli kimiləri ermənilərin “müdafiəçi”si kimi çıxış edirlər.
Yeri gəlmişkən, Vidadi İsgəndərlinin yeni xəyanəti, necə deyərlər “ermənilərin dili ilə” danışdığı sərsəm fikirləri ilə bağlı Rusiyanın “Novıe İzvestiya” portalında geniş məqalə dərc edilib. Məqalədə bildirilir ki, V.İsgəndərlinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməniləri müdafiə edən “fikirləri”nin əks olunduğu tezisləri heç də “havadan yaranmayıb”. Bu “tezislər” heç onun özünə də məxsus deyil. Belə ki, V.İsgəndərlinin sosial şəbəkələrdə Dağlıq Qarabağın işğalında “ermənilərin günahsızlığı”nı özündə ehtiva edən fikirlərinin “tezis müəllifləri” ermənilərdir. Bunu V.İsgəndərlinin özü etiraf edib. Məsələnin ən maraqlı tərəfi isə odur ki, həmin ermənilər heç də V.İsgəndərliyə yad deyillər. Onlardan biri Ermənistanın eks-prezidenti Robert Koçaryanın yaxın qohumu Sergey Akopyan, digəri isə hazırda Moskva vilayətinin “Mıtişinski” vəkillər bürosunun rəhbəri Araz Mirzəbekyandır. Qeyd etdiyimiz kimi, V.İsgəndərlini bu ermənilərlə bağlayan bağlar isə çox “dərindir”. Belə ki, adıçəkilən hər üç şəxs - həm V.İsgəndərli, həm S.Akopyan, həm də A.Mirzəbekyan eyni ali məktəbin - Xarkov Hüquq İnstitutunun 1988-ci il məzunlarıdır. Yəni onlar eyni qrupda oxuyan tələbə yoldaşları olublar, hətta eyni tələbə yataqxanasında yaşayıblar. Sonradan bu “tələbə yoldaşları”nın yolları ayrılsa da, V.İsgəndərli öz “dostları” ilə hər zaman əlaqə saxladığını etiraf edib. V.İsgəndərli bildirib ki, “erməni dostları” ilə hər zaman həssas mövzuları müzakirə ediblər. Və deyəsən, V.İsgəndərli onların “cazibəsinə və təsirinə” çox məruz qalıb. V.İsgəndərlinin fikirlərində də qeyd edilir ki, məhz “erməni qrup yoldaşları” onun “gözlərini açıblar” və Dağlıq Qarabağ münaqişəsində ermənilərin heç bir günahının olmadığını ona izah ediblər. Məqalədə o da bildirilir ki, V.İsgəndərlinin bu “qərar”ında Qərbdə yaşayan erməni lobbisinin də təsiri mütləq şəkildə var. Daha doğrusu, İsgəndərlinin “erməni dostları”nın təsiri ilə yanaşı, onun belə bir fikrə gəlməsində, lazımi “faktlar”ı və maddi köməyi (qrantları) əldə etməsində Avropada “məskunlaşması” da “kömək göstərib”. Aldığı pulların əvəzində isə V.İsgəndərli ona təklif olunan Qarabağ və başqa məsələlərlə bağlı versiyaların - hansı ki, olduqca təhlükəli versiyalardır - aktiv təbliğatını aparmağa çalışır. Məqalədə vurğulanır ki, V.İsgəndərlinin Qərbdən aparmağa çalışdığı bu təbliğatın kütləvi təsir yarada bilməsi, azərbaycanlıların buna inanma ehtimalı, demək olar ki, yoxdur.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, erməni sevgisi başına vurmuş V.İsgəndərlinin bu xəyanəti və özünüifşası təbiidir. Yəni açıq şəkildə şəxsi maraqlara xidmət göstərən və ermənipərəst mərkəzlərin buyruq qulu olan bu adam növbəti dəfə öz kimliyini, daha dəqiq desək erməni sevgisini açıq şəkildə nümayiş etdirmiş oldu.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31