Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi

Elçin Quliyev: Prezident İlham Əliyev növbəti əfv Sərəncamını imzalamaqla humanist dəyərlərə sadiqliyini bir daha təsdiqlədi

19.03.2019 [09:29]

“Müasir Azərbaycan tarixində bir çox ənənənin, o cümlədən əfv siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Sevindirici haldır ki, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövrünə nəzər saldıqda imzalanan çoxsaylı əfv sərəncamlarının şahidi oluruq ki, bu da ali dərəcədə xalqa göstərilən diqqət və qayğının bariz nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.
E.Quliyev bildirib ki, hər zaman olduğu kimi, Azərbaycanımızın rifahı naminə müntəzəm çalışan, mühüm qərarları ilə daim xalqın yanında olduğunu təsdiqləyən cənab Prezidentimiz İlham Əliyev 16 mart 2019-cu ildə növbəti əfv Sərəncamını imzalayaraq onlarla ailəyə və yüzlərlə insana xüsusi bayram sevinci yaşatdı. Əfv olunan şəxslərin siyahısına nəzər saldıqda burada cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 431 vətəndaşın olduğunu görmüş olarıq ki, bu da cənab Prezidentin humanistliyindən xəbər verir. Xüsusi qeyd etmək istərdim ki, bu Sərəncam Azərbaycanın hüquqi, demokratik dövlət olduğunu və ölkə başçısının humanist dəyərlərə sadiqliyini bir daha sübut etdi.
“Ölkə Prezidentinin yüksək humanizm və böyüklük nümayiş etdirərək 431 nəfərə şamil edilən əfv Sərəncamı imzalaması Novruz bayramı ərəfəsində xalqımıza ən yaxşı bayram hədiyyəsidir. Bu, yüzlərlə ailəyə sevinc payı bəxş edən bir hədiyyədir. 399 nəfərin azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş hissəsinin əfv edilməsi xüsusilə təqdirəlayiqdir. İki nəfərin ömürlük azadlıqdan məhrumetmə cəzasının müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi bu Sərəncama daha yüksək humanizm çalarları qatır. Cənab Prezidentin bu Sərəncamı bütün xalqımızı sevindirdiyi kimi, deputatı olduğum Sabirabad rayon camaatı tərəfindən də alqışlanır. Gün ərzində seçicilərimdən aldığım yüzlərlə telefon zəngi də bunu deməyə əsas verir. Seçicilərim adından belə bir humanist addım atdığına görə cənab Prezidentə təşəkkürümü bildirirəm”, - deyə E.Quliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31