Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq

Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq

20.03.2019 [11:07]

Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib: “Hökumətin imkanları artdıqca cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq. Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı, insanların rifahının yaxşılaşdırılması həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır”.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir: “İnsana qayğı göstərməkdən ali dəyər yoxdur. Bir müddət öncə Prezident İlham Əliyevin Sərəncamı ilə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəmcamlar imzalandı. Dövlətin imkanları çərçivəsində vətəndaşların daha yaxşı yaşaması istiqamətində əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Ümumiyyətlə, vətəndaşlara verilən bütün müavinətlər artırılıb”.

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31