Azərbaycan islahatların yeni mərhələsinə başlayıb
28.03.2019 [09:24]
Prezident İlham Əliyev: İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur
Son 15 ildə dünyaya nümunəvi inkişaf modeli təqdim edən müstəqil Azərbaycanın uğurlarını şərtləndirən mühüm amillərdən biri ölkədə konkret məqsədlərə hesablanan islahatların həyata keçirilməsi ilə bağlıdır. 2019-cu ilin əvvəlindən isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində diqqət çəkdiyi əsas məsələlərdən biri də məhz ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən və yaxşı nəticələr verən islahatlarla bağlıdır. İslahatların nəticələri göz qabağındadır. Dövlət başçısının siyasi iradəsi əsasında reallaşdırılan islahatlar ölkəmizin perspektivdə də dinamik inkişafının təmin olunmasına hesablanıb. Prezident İlham Əliyev bəhs olunan təbrikində qeyd edib ki, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub.
Azərbaycanda aparılan islahatlar hərtərəfli səciyyə daşıyır
Ümumiyyətlə, son 15 ildə Azərbaycanda uğurla reallaşdırılan islahatlar bir qayda olaraq dərin konseptual əsaslandırmalar və yeni yanaşmalar əsasında hazırlanıb. İslahatlar hazırlanarkən və reallaşdırılarkən qlobal miqyasda meydana çıxan aktual çağırışlar və ölkəmizin potensialı mütləq nəzərə alınır. Əsas məqamlardan biri də ondan ibarətdir ki, islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib.
Beləliklə, ardıcıl şəkildə həyata keçirilən islahatlar Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. Qürur doğuran haldır ki, bu gün respublikamız rəqabət qabiliyyəti kifayət qədər yüksək olan iqtisadiyyata malikdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Əksinə, özünün iqtisadi və maliyyə müstəqilliyini təmin edən Azərbaycan ölkə xaricində də nəhəng investisiya layihələri həyata keçirir. Bütövlükdə son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. O cümlədən cari ilin ilk iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb. Qeyd edək ki, bu, son illərin ən yüksək göstəricisidir. Daha böyük artım isə 15,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu, dünya rekordudur. İqtisadi sektorda aparılan islahatların önəmindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır”.
Son 15 ildə Azərbaycanın mənzərəsini dəyişən, yeni müsbət reallıqların yaranmasını şərtləndirən amillər sırasında bütün ölkə boyunca tarazlı inkişafın təmin edilməsinə yönələn siyasi və maddi dəstək tədbirlərinin, o cümlədən də regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib.
Yuxarıda vurğuladığımız kimi, hazırda respublikamızda konkret hədəflərə hesablanan islahatların yeni mərhələsi başlayıb. Cari ilin əvvəlindən daha intensiv şəkildə həyata keçirilən islahatların mühüm bir bloku institusional sferanı əhatə edir. Dövlət başçısı tərəfindən 14 yanvar 2019-cu il tarixində və ondan sonrakı günlərdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Prezident İlham Əliyev həmçinin perspektivdə islahatların əhatə dairəsinin genişlənəcəyinin anonsunu verib: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir”, - deyə dövlət başçısı bildirib.
Ölkənin iqtisadi imkanları artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapır
Azərbaycanda reallaşdırılan islahatların böyük bir qismi sosial sferanı əhatə edir. Prezident İlham Əliyev bildirib ki, bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. Hazırda ökəmizdə dövlət başçısı tərəfindən hələ ötən il elan olunan ciddi sosial paket uğurla reallaşdırılır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev cari ilin əvvəlindən ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, gəlir imkanlarının artırılmasına hədəflənən bir sıra mühüm sənədlər imzalayıb. Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək.
Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artırılması təmin edilib. Dövlət başçısının imzaladığı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin əvvəllər mövcud olan 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.
Respublikamızda əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, son 15 ildə Azərbaycanda minimum əməkhaqqı 6,5 dəfə artırılıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib. Bundan başqa, respublikamızda əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Qeyd edək ki, minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir.
Cari il fevralın 25-də isə Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Ölkəmizdə Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq Fərmana əsasən müəyyən kateqoriyadan olan şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi həyata keçirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Prezident İlham Əliyev ölkədə aparılan sosial islahatların əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkərək deyib: “Ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur”.
Respublikamızda 2019-cu ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan geniş sosial paket çərçivəsində problemli kreditlərlə bağlı mühüm qərar verilməsi çox doğru olaraq inqilabi xarakterli addım kimi səciyyələndirilir. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il 28 fevral tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyanı dövlət ödəyəcək. Bütövlükdə Fərmanın əhatə dairəsinə 800 mindən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

