Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır
03.04.2019 [09:35]
Ekspertlər Vyanada keçirilən görüşü Azərbaycan dövlətinin növbəti diplomatik uğuru kimi dəyərləndirirlər
Xəbər verildiyi kimi, martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığı görüşdən sonra Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində qeyd edib ki, görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yenidən start verilib. Qeyd etmək lazımdır ki, bu görüşə qədər Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı müəyyən təxribat xarakterli iddialar irəli sürürdülər. Lakin onların bu iddiaları həyata keçməyib. Belə ki, Prezident İlham Əliyev müsahibəsində danışıqların formatının dəyişilməz qalmasını əsas məqamlardan biri kimi dəyərləndirib. Eyni zamanda, müsahibədə ölkəmiz üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsinin dayandığı da qeyd olunub.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Vyanada keçirilən görüş Azərbaycan dövlətinin növbəti diplomatik uğuru kimi yadda qaldı. Millət vəkili deyib ki, Vyanada bu görüşün keçirilməsi danışıqların yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparıldığının və danışıqların formatının dəyişməz qaldığının təsdiqidir. Onun sözlərinə görə, bundan əvvəl Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdülər. Millət vəkili vurğulayıb ki, bu il martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğulayıb: “Vyanada dövlətimizin başçısı və Ermənistanın baş naziri arasında 2 saatdan artıq təkbətək görüş keçirildi. Daha sonra görüşə həmsədrlər və 2 ölkənin xarici işlər nazirləri də qatıldılar və toplam 3 saatdan artıq müddətdə danışıqlar aparıldı. Bu görüş danışıqlar prosesinə yeni bir impuls verdi. Nəticə etibarilə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədlər tərəfindən birgə “3+2” formatında Bəyanat qəbul olundu”.
Millət vəkili onu da bildirib ki, Vyanada qəbul olunan bəyanatda sülh prosesinin irəli aparılması üçün mühitin yaradılmasının, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunub. Eləcə də bu görüşdən əvvəl 2 ölkənin xarici işlər nazirləri arasında 4 dəfə görüş keçirilib. Bu da formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir. A.Badamov bəyanatda atəşkəslə bağlı məqamların da qeyd edildiyini diqqətə çatdırıb: “Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır: Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”.
Milli Məclisin üzvü Sevinc Hüseynova isə Azərbaycan Prezidentinin Avstriya səfərinin bir sıra məqamlarına görə xüsusi əhəmiyyət daşıdığını önə çəkib. Onun sözlərinə görə, Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş danışıqlar prosesinə yeni bir impuls verdi.
Millət vəkili onu da deyib ki, ölkə Prezidentinin bu səfəri Azərbaycan-Avstriya münasibətlərinin inkişafına da öz töhfəsini verib. İki ölkə arasında müsbət əlaqələrin olduğunu diqqətə çatdıran S.Hüseynova Prezident İlham Əliyevin Avstriya dövlətinin rəhbərliyi ilə keçirdiyi görüşlərə diqqət çəkərək bu görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb: “Bu səfər Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriya Federal kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirib. 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradılıb. Burada da 2 ölkənin aidiyyəti nazirlikləri, işgüzar dairələri bir araya gəlir. Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji və texnologiyalar kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri var. Avstriya şirkətləri Azərbaycanda fəal surətdə çalışırlar”.
Millət vəkili Avstriya dövlətinin rəhbərliyinin də Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bu səfərin Azərbaycanla Avstriya əlaqələrinin hərtərəfli inkişaf etdirilməsinə xidmət göstərdiyini söyləyib. Onun sözlərinə görə, Avstriya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını yaxından dəstəkləyir. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

