Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində yeni şərtlər formalaşdırdı

Aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində yeni şərtlər formalaşdırdı

03.04.2019 [09:37]

“Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni, 1918-ci ildən bu günədək ciddi tarixi dönüş nöqtəsidir. Bu hadisə əslində Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır. Çünki Azərbaycan Ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu səsləndirib. Deputat qeyd edib ki, hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan Ordusunun bu cür qələbələr əldə etməsi, heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda, bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu.
Ötən üç il ərzində hər bir Azərbaycan vətəndaşı bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi oldu. Ermənistanda 2018-ci ildən başlayaraq bu günə qədər davam edən daxili “zəlzələ” də məhz Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir. Göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda, ciddi mənəvi-psixoloji və siyasi məsələdir. Ancaq məsələ təkcə bununla da məhdudlaşmır. “Biz bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Bilirik ki, bu münaqişədə iştirak edən təkcə işğalçı Ermənistan deyil, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir. Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir. Bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə, bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər.
Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub. Başqa mühüm bir məsələ də var ki, Aprel döyüşləri mühüm bir taktiki qələbə kimi özündən cəmi iki il sonra yeni bir qələbənin - Günnüt qələbəsinin əsasını qoydu. Azərbaycan Ordusu Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və Yerevan-Qafan strateji yolunu nəzarətə götürdü. Artıq ermənilər bilir ki, bənzər hadisə yenə təkrarlana bilər və Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər bu, davam edə bilər. Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq isə azad edilmiş torpaqlarımıza “Böyük qayıdışın” başlanmasının əsasının qoyulması oldu. Bu hadisə problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını hər kəsə göstərdi”.

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31