/ / Baş nazir Novruz Məmmədov: Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var
Baş nazir Novruz Məmmədov: Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var
03.04.2019 [09:41]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov aprelin 2-də Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, müdafiə və aerokosmik sənaye naziri Askar Jumaqaliyev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Novruz Məmmədov dost və qardaş ölkələrimiz, xalqlarımız arasında tarixən çox yaxşı əlaqələrin mövcud olduğunu bildirib.
Təməli Ulu Öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Baş nazir ötən ilin noyabrında Qazaxıstanın paytaxtı Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirakını, keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Baş nazir bildirib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar, imzalanan sənədlər bu gün ölkələrimiz arasında çox möhkəm əlaqələrin mövcud olduğunu sübut edir. “Hesab edirəm ki, dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var və sizin səfəriniz əməkdaşlığımızın genişləndirilməsi baxımdan xüsusi əhəmiyyət daşıyır”, - deyə Baş nazir Novruz Məmmədov vurğulayıb.
Nazir Askar Jumaqaliyev bildirib ki, müstəqilliklərini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əməkdaşlıq daha da möhkəmləndirilib və bu gün Azərbaycan-Qazaxıstan əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf etdirilir.
Görüşdə Azərbaycanın və Qazaxıstanın Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından maksimum dərəcədə faydalanmaqda maraqlı olduğu vurğulandı. Həmçinin Xəzər dənizində birgə fəaliyyətə, nəqliyyat, rabitə, müdafiə sənayesi, kosmik sənaye, İKT, o cümlədən rəqəmsallaşma sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

