Siyavuş Novruzov: Xalqın təmsilçiliyindən böyük ad ola bilməz
05.04.2019 [09:39]
“Hər bir şəxsin müsahibə vermək hüququ var. Ola bilər ki, kimdənsə incikliyi var. Ancaq bütün sözlərinin axırı da, əvvəli də odur ki, Azərbaycan Prezidentini dəstəkləyir. Prezidentdən başqa digərini Azərbaycanda yaxın on illiklər ərzində görmür. O cümlədən o ifadəni işlətmədiyini də qeyd edib”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Qafqazinfo”ya müsahibəsində keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin bu günlərdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Siyavuş Novruzov qeyd edib ki, YAP-ın 730 mindən çox üzvü var. Hər bir üzv üçün bizim qapımız açıqdır. “Partiyadan xaric olan bir neçə nəfər var. Hətta onların da Nəzarət-Təftiş Komissiyasına müraciət etmək hüququ var. Yerdə qalan “91-lər” partiyanın Qızıl Fondudur. Partiyanın yaradıcılarına diqqət var. Elə bir tədbirimiz yoxdur ki, onlar o tədbirdə iştirak etməsinlər, ən yuxarı başda onlara yer verilməsin. Partiya Prezidentin partiyasıdır”.
Guya bəzi “91-lər”in “Sağ qalan 91-lər” adlı təşkilat yaratmaq istədikləri yönündə iddialara toxunan komitə sədri vurğulayıb ki, belə bir məsələ yoxdur: “Məsələn, “91-lər”in biri Əli Əhmədov YAP-ın İcra katibidir, biri Eldar İbrahimovdur, Milli Məclisin deputatıdır. Məndən soruşun, mən bir-bir bunların hamısını sadalayım. Sudeyf İmamverdiyev Prezident təqaüdçüsü, akademikdir. Tibb Universitetində kafedra müdiri kimi fəaliyyət göstərir. Ağabəy Əsgərov Azərbaycan Nəşriyyatının direktorudur. Vüqar Rəhimzadə “İki sahil” qəzetinin baş redaktorudur. Zeynəb Xanlarova deputatdır, “91-lər”dəndir. Hacıbala Abutalıbov, Mixail Zabelin, Rafiq Məmmədhəsənov, Ömər Eldarov. Bunlar heç bir bloka qoşulmayan insanlardır. 91 nəfərin 43-ü dünyasını dəyişib. 7 nəfəri müxtəlif səbəblərə görə partiyadan ayrılıb. 41 nəfəri isə hazırda bu və ya digər sahələrdə fəaliyyətdə olan insanlardır. Ümumilikdə isə, “91-lər”dən 31 nəfər müstəqil Azərbaycan Respublikasının deputatı olub. Qalanları isə bu və ya digər şəkildə müxtəlif postlarda çalışıblar. İçlərində nazirlər, merlər, universitet rektorları olub. Onların bir çoxu partiyanın 25 illik yubileyində orden, medallarla, Prezident təqaüdü ilə təltif edildilər.
Partiyanın yaranma prosesində rayon təşkilatı yaradanlar var. Hamısı deyir ki, mən yaradıcıyam. Amma bu “91-lər” kimə müraciət etdilər? Ümummilli Lider Heydər Əliyevə müraciət etdilər ki, Azərbaycan Sizin sözünüzü gözləyir. Azərbaycanı düşdüyü vəziyyətdən Siz xilas edə bilərsiniz. Bir partiya yaradın, qanuni, seçki yolu ilə hakimiyyətə gəlin. Yəni bu partiyanın yaradıcısı, qurucusu, ilhamvericisi Ümummilli Liderdir. Onun ətrafında hamımız yığışmışıq. Bu gün də cənab Prezidentin ətrafında birləşmişik”.
“Əli Nağıyev bu kimi açıqlamalar verməkdə davam etsə, onun məsələsinin Nəzarət-Təftiş Komissiyasında müzakirə edilə bilərmi?” sualına cavab olaraq Siyavuş Novruzov bunları deyib: “Azərbaycanda fikir və söz azadlığı var. Hər kəs öz sözünü və fikrini deməkdə azaddır. Əli Nağıyev də səfir işlədiyinə görə “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq o müddətdə partiya fəaliyyəti dayanır. Qalan bütün qlobal tədbirlərimizə Əli Nağıyev dəvət olunub”.
Daha sonra radikal müxalifət partiyalarının mitinq keçirməklə bağlı müraciətlərinə toxunan Siyavuş Novruzov bildirib ki, ölkəmizdə istənilən qanuni aksiyanın keçirilməsinə icazə verilir: “Burada iki məsələ öz əksini tapmalıdır. Bilirsiniz ki, burada partiya üzvündən tutmuş sədrə kimi onlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyinin qorunması Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının işidir. Təhlükəsizlik qaydalarına riayət edəcəklərini qabaqcadan bildirirlərsə, istənilən vətəndaş sərbəst toplaşmaq azadlığından istifadə edə bilər. Digərlərinin hüquqları pozulanda hüquqlar məhdudlaşır, yaxud da təhlükəsizlik məsələləri həll olunmayanda. Məsələn, hüquq-mühafizə orqanlarına məlumat gəlir ki, ciddi təxribat ediləcək və məsuliyyəti Azərbaycan dövlətinin üzərinə atacaqlar. Ona görə də konkret əsaslarla mitinq komitəsinin üzvlərinə həmin sənədləri təqdim edirlər. Öhdəlik götürürlər ki, sərbəst toplaşmaq azadlığı barədə tələbləri pozmayacaqlar. Ancaq mitinq başlayandan axıra kimi o tələbləri pozurlar. Özü də qəsdən pozurlar ki, polis müdaxilə etsin. Yalandan bəyanat verirlər ki, 60 nəfər hardasa saxlanılıb. Onların nümayəndələri mitinqə gəlmək istəmirlər. Soruşanda deyirlər ki, polis qoymadı mitinqə gələk”.
Müxalifətin iddialarının həqiqətdən uzaq olduğunu vurğulayan millət vəkili qeyd edib ki, məsələ ədalətli şəkildə ortaya qoyulmalıdır. “Deyirlər ki, Azərbaycanda hər şey qaradır. Millət acından qırılır. Durun, gedək görək ki, hansı yas yerində, kim acından qırılıb?! Bunu adi vətəndaş da görür ki, belə deyil. Təbii ki, müəyyən problemlər var. Problemi görürük, onu aradan qaldırmaq üçün addımlar atılır. Azərbaycanda xalq-iqtidar birliyi var. Gənclər vətənpərvərdirlər. Aprel döyüşləri də göstərdi ki, insanlar daha da yüksək vətənpərvərliyə malikdirlər. Bütün universitetlərdən tələbələr hərbi komissarlığa üz tutub döyüşmək istədiklərini bildirdilər. Yaşından asılı olmayaraq bunu hər kəs dedi. Və yaxud radikallar deyirlər ki, guya iqtidar Qarabağ məsələsini həll etmək istəmir. Cənab Prezident gecə-gündüz o ölkə yoxdur ki, orada görüşlər keçirməsin. Cənab Prezident Avropa Şurasında, ATƏT-də, NATO-da, BMT-də ən yüksək tribunalardan Ermənistanın işğalçı, onun siyasi rəhbərliyinin cinayətkar olması barədə açıqlamalar verib. Radikal müxalifət isə bir dəfə də olsun bunun adını çəkməyib. Çünki pulu onlardan alırlar. Ayrı-ayrı təşkilatlar yaradırlar. Təşkilat ya QHT olur, ya da siyasi təşkilat. Bər-bəzəkli ad qoymaqla deyil, tərkib eynidir. Sizin xalqın adından danışmağa nə ixtiyarınız var? Azərbaycanda nə qədər problem yaranıbsa onu siz yaratmısınız. İndi güclə təmizlənib”, - deyə Siyavuş Novruzov qeyd edib.
Bu günlərdə Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə də münasibət bildirən S.Novruzovun sözlərinə görə, cənab Prezident həmişə deyib ki, biz məsələləri sülh yolu ilə həll etmək istəyirik: “Əgər sülh yolu bitsə, tükənsə, təbii ki, hərb yolu ilə bu məsələləri həll edəcəyik. İndi artıq bunu on illərlə gözləmək fikrimiz yoxdur. Qısa, konkret bu məsələ həll olunmalıdır. Ermənistanın yeni rəhbərliyinin bu proseslərdən xəbəri yoxdur. Ona görə də gah danışıqlar prosesini uzadır, gah da müxtəlif bəhanələr ortaya atır. Gah Dağlıq Qarabağı tərəf kimi ortaya atır ki, söhbət uzansın. Bu da görüşləri çətinə salır. Bir neçə dövlətlə danışır, çünki müstəqil dövlət deyil. Görüşə gəlməmişdən qabaq prezident bir ölkəyə, xarici işlər naziri başqa ölkəyə gedir. Müdafiə nazirinin də yeni əraziləri işğal etməklə bağlı sözləri pafoslu sözlərdir. Daxili ictimaiyyətə hesablanıb. Azərbaycanın Aprel döyüşlərində cəmi iki bölməsi iştirak edib. Növbəti dəfə ciddi şəkildə addımlar atacağıq”.
Komitə sədri həmçinin deyib ki, Azərbaycan müxalifəti ermənilərlə sinxron fəaliyyət göstərir. Həm Avropada oturub söyüş kampaniyası aparanlar, həm daxildəki müxalifət təxribat yaratmaq istəyirdilər ki, Azərbaycan hər hansı addım atsın. Bunlar burada qızışdırma mövqeyində durublar.
2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı suala cavabında isə YAP İcra katibinin müavini deyib ki, parlament seçkili orqandır. Kimə səs verəcəklərsə, o insanlar da seçiləcəklər: “Burada siyasi partiyaların rolu ondan ibarətdir ki, dairələrdə, yerlərdə işlər aparıb müəyyənləşdirməlidir ki, bu dairədən hansı xarakterli, dünyagörüşlü namizəd seçilə bilər. Elə bölgə var ki, orada yaşlı namizəd istəyirlər. Elə bölgələr də var ki, bəzisi qadın, bəzisi gənc namizəd istəyirlər. Seçkiyə 1 il qalmış dairələrdə, yerlərdə təhqiqatlar aparılır, bütün məsələlər öyrənilir.
Deputatlıq böyük şərəfdir. Hər insana nəsib olmayan bir şərəfdir. Xalqın təmsilçiliyindən böyük ad ola bilməz. Bizdə belədir ki, kimin namizəd olmasını partiya müəyyənləşdirir”.
Xəbər lenti
Hamısına baxDünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51

