/ / AMEA-da akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı olub
AMEA-da akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı olub
06.04.2019 [09:16]
Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdimatı keçirilən bu kitabın tarixşünaslığımıza sanballı töhfə və gənc tarixçilər üçün dəyərli mənbə olduğunu bildirib. Akif Əlizadə qeyd edib ki, elmi faktlara əsaslanan bu sanballı kitab zəngin fikir və mülahizələrlə xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmaq baxımından böyük əhəmiyyətə malikdir. Nəşr Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına geniş imkanlar yaradacaq.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirib. İ.Həbibbəyli “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının da akademikin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olduğunu, yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib. O, bu kitabı zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, tarixşünaslığımıza töhfə olan əsər kimi dəyərləndirib. Bildirib ki, akademik Ramiz Mehdiyevin Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biridir. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı da bu tədqiqatların məntiqi davamı olaraq, həm dəyərli elmi mənbə, həm də gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır. İsa Həbibbəyli kitabı xanlıqlar dövrümüzə yeni elmi və obyektiv baxış kimi dəyərləndirib.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd, Qafqazşünaslıq İnstitutunun ümumi işlər üzrə direktor müavini Şahin Yəhyayev və digər çıxış edənlər akademik Ramiz Mehdiyevi aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən alim kimi xarakterizə ediblər. Qeyd olunub ki, akademik Ramiz Mehdiyevin alim və vətəndaş mövqeyini əks etdirən “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı tarixşünaslığımızda hadisədir. Müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə təhlil edib, bir çox qaranlıq məqamlara aydınlıq gətirərək, onilliklər ərzində formalaşmış stereotipləri qırmağa çalışıb. Eyni zamanda, tarixşünaslığımızın həmin dövrlə bağlı aktual problemlərinə toxunaraq onların optimal həll yollarını göstərib.
Tədbirdə, həmçinin bildirilib ki, sözügedən kitab Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Nəzərə çatdırılıb ki, müəllif xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir.
Vurğulanıb ki, nəşrdə təqdim edilən və müvafiq şərh və izahlarla müşayiət olunan sənədlər müxtəlif tarixi dövrlərin real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyətə malikdir. Həmçinin tanınmış alimlərin xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilən kitabda oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumat verilir.
Qeyd olunub ki, nəşr həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə dərindən maraqlanan oxucular üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

