/ / Sevinc Fətəliyeva: Dayanıqlı iqtisadi artım, davamlı inkişaf Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir
Sevinc Fətəliyeva: Dayanıqlı iqtisadi artım, davamlı inkişaf Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir
10.04.2019 [09:26]
Dayanıqlı İnkişaf Məqsədləri harada yaşamasından asılı olmayaraq, bütün insanlar üçün firavan, sabit və dayanıqlı gələcəyə nail olmağın başlıca və ayrılmaz tərkib hissələridir. Bu, qarşıdakı onilliklər ərzində beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edən olduqca vacib gündəlikdir. Qarşıdakı illərdə bu məqsədlərin daha yaxşı icrası üçün səylərimizi birləşdirəcəyimizə ümid edirəm.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinə dair müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib. O, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin səmərəli icrasına dair Azərbaycan təcrübəsindən söz açıb. Bildirib ki, əhatəli və dayanıqlı artımı, davamlı və sabit inkişafı və insan kapitalına yatırımı təmin etmək Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası yaradan ilk ölkələrdəndir.
Koordinasiya Şurasının fəaliyyətinə toxunan deputat qeyd edib ki, bu Şura bütün tərəflərin iştirakını təmin edən və milli plan və strategiyaları məqsədlərlə əlaqələndirərək Dayanıqlı İnkişaf Məqsədlərinə milli məzmun verən mühüm mexanizm kimi fəaliyyət göstərir. Deputat vurğulayıb ki, Azərbaycanda əhalinin həssas təbəqəsindən olan insanların məsələləri ilə əlaqədar daha əlçatan və müasir xidmətlərdən yararlanmaq məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılıb. 2030-cu il Gündəliyinin icrasında monitorinq, qiymətləndirmə, hesabatlılıq vacib amillərdir. Bu məqsədlə vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla bütün tərəflərin geniş iştirakı ilə irəliləyişin izlənilməsi və qiymətləndirilməsinə imkan verən statistika sistemlərinin mövcudluğunu təmin etmək üçün vacib tədbirlər görülüb. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına verilən önəmin göstəricisi olaraq, Azərbaycan 2017-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair ilk Könüllü Milli Hesabatını təqdim edib və ikinci hesabatı 2019-cu ildə təqdim etmək niyyətindədir.
S.Fətəliyeva bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına sadiqdir, 2030-cu il Gündəliyini müxtəlif beynəlxalq və regional platformalarda fəal şəkildə dəstəkləyir və bugünkü müzakirələri tam dəstəkləyir: “Dayanıqlı İnkişaf Məqsədlərinin 17-dən 13-nə töhfə verən Avropa Şurasının da müvafiq rolunu görürük və bugünkü müzakirələr də 2030-cu il Gündəliyinin icrasına daha bir töhfədir. Avropa Şurasının fəaliyyət proqramı və Dayanıqlı İnkişaf Məqsədlərinin bir-biri ilə yaxından əlaqələndirilməsini, eləcə də bu sahədə Avropa Şurası və Birləşmiş Millətlər Təşkilatı arasında sıx əməkdaşlığı da dəstəkləyirik”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

