Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

10.04.2019 [09:33]

İclasda Hesablama Palatasının 2018-ci ildəki fəaliyyətinə dair hesabatı qəbul olunub
Aprelin 9-da Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki məsələlər haqqında məlumat verib. Əvvəlcə Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb. Palatanın sədri Vüqar Gülməmmədov 2018-ci ildə qurumun fəaliyyəti haqqında hesabatı təqdim edib. Bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabat “Hesablama Palatası haqqında” qanunun 7.0.11 və 14.0.12 maddələrinə əsasən hazırlanıb. Dövlət büdcəsinin icrası ilə bağlı hesabatların sayının artırılması ilə bağlı iki qayda qəbul olunduğunu deyən palata sədri söyləyib ki, ötən il Hesablama Palatası tərəfindən fəaliyyət hesabatda geniş şəkildə öz əksini tapıb: “Hesabatda nəzarət fəaliyyətinin nəticələri, bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, hökumət və mühafizə orqanları ilə əməkdaşlıq və digər məlumatlar yer alıb”.
Palata sədri söyləyib ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri həyata keçirilib: “109 qurumun fəaliyyəti ilə bağlı hesabat hazırlanıb. 10 təşkilatın maliyyə hesabatları ətraflı təhlil edilib. Həyata keçirilən tədbirlər nəticəsində 23176 min manat məbləğində vəsait büdcəyə bərpa edilib. Auditlə aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb. Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb”.
Bildirilib ki, 2018-ci ildə Hesablama Palatasının həyata keçirdiyi kənar dövlət maliyyə nəzarətinin əhatə dairəsinə daxil olan istiqamətlərin sayı “Hesablama Palatası haqqında” yeni qanunun qəbul edilməsi ilə əlaqədar bir qədər genişlənib. Belə ki, hesabat dövründə nəzarət fəaliyyəti dövlət büdcəsini büdcədənkənar dövlət fondlarının cəlb edilmiş daxili və xarici kreditləri, həmçinin dövlət mülkiyyətində olan müəssisələrin vəsaitlərini əhatə edib. Hesabat ilində audit formasında aparılmış nəzarət tədbirləri ümumilikdə 9,3 milyard manat vəsaiti əhatə edib. Bunun da 66,5 faizini dövlət büdcəsinin xərcləri, 1,3 faizini büdcədənkənar dövlət fondlarının vəsaitləri, 8,3 faizini beynəlxalq və yerli maliyyə təşkilatlarından cəlb edilmiş kreditlər, 23,9 faizini isə dövlət müəssisələrinin vəsaitləri təşkil edir. Hesablama Palatasının apardığı auditlər dövlət büdcə xərclərinin funksional təsnifatının 14 bölməsinin 13-nü əhatə edib.
Qeyd olunub ki, əvvəlki illərdən fərqli olaraq 2018-ci ildə aparılan auditlərin əhatə dairəsinin daha çox hissəsi dövlət büdcəsinin funksional təsnifatının ümumi dövlət xidmətləri bölməsinin payına düşüb. Hesabat ilində dövlət büdcə xərcləri üzrə əhatə edilmiş 6,2 milyard manatın 6 milyardını, yaxud 95,6 faizini mərkəzləşdirilmiş xərclər, 4,4 faizini və yaxud 273,3 milyon manatını isə yerli xərclər təşkil edir. Hesabat ilində auditlərin 38-i Bakı şəhərində, 13-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında, 2-si isə xarici ölkələrdə yerləşən səfirliklərdə aparılıb.
Dövlət büdcəsinin gəlir sahəsində aparılan auditlər barədə məlumat verən Hesablama Palatasının sədri qeyd edib ki, auditlər əsasən iki əsas istiqamət üzrə aparılıb. İstiqamətlərdən biri dövlət büdcəsinin gəlirlərinin, o cümlədən vergi gəlirlərinin yığılmasını təmin edən dövlət qurumlarında inzibatçılıq vəziyyətinin qiymətləndirilməsi, digəri isə dövlət idarə, müəssisə və təşkilatlarında vergi və digər icbari ödənişlərin hesablanması və ödənilməsidir. Dövlət büdcəsinin xərci ilə bağlı aparılan audit tədbirlərinə isə əvvəlki illərdə olduğu kimi, nöqsanlara sistemli yanaşma tətbiq olunub. Nöqsanların ayrı-ayrı obyektlər üzrə olmaqla icmal şəklində təqdim olunması, başqa sözlə desək, istiqamətlər üzrə cəmlənməsi dövlət vəsaitlərinin istifadəsində və dövlət maliyyə inzibatçılığının cari vəziyyəti ilə bağlı ümumi mənzərəni təsbit edir.
Qeyd olunub ki, qurumun uzunmüddətli dövr üçün fəaliyyət istiqamətlərini müəyyən edən “Hesablama Palatasının 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planı”na uyğun hesabat ilində mühüm işlər görülüb.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri hesabatla bağlı fikir və təkliflərini bildiriblər. Deputatlar hesabatı qəbul ediblər.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Saziş təsdiq olunub.
Daha sonra iclasda bır sıra qanunlara əlavə və dəyişikliklər edilib. Bütövlükdə, parlamentin iclasında 19 məsələ müzakirəyə çıxarılaraq qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31