Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

11.04.2019 [09:29]

Aprelin 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov iclasın gündəliyində üç məsələnin olduğunu bildirib. Bunlar uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə 2018-ci il üçün hesabatın müzakirəsi, 2019-cu ildə monitorinq keçirilməsi nəzərdə tutulan dövlət uşaq müəssisələrinin siyahısının təsdiq edilməsi və komissiyanın nəzdində yaradılan işçi qrupun tərkibinin təsdiq edilməsi məsələləridir.
Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə 2018-ci il üçün hesabatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaqlarla işin vacibliyini bildirib. Qeyd edib ki, bu işdə əsas rol valideynlərin üzərinə düşür.
Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31