Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə KİV-ləri: Ermənistan işğal altındakı torpaqlardan narkotik üçün istifadə edir

Türkiyə KİV-ləri: Ermənistan işğal altındakı torpaqlardan narkotik üçün istifadə edir

17.04.2019 [10:06]

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə KİV-ləri konfrans haqqında ətraflı məlumat verib, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun tədbirin açılışındakı çıxışından fikirləri diqqətə çatdırıb.
Məlumatlar “Azərbaycanın Baş naziri Novruz Məmmədov: Ermənistan işğal altındakı torpaqlardan narkotik üçün istifadə edir”, “Azərbaycan Ermənistanın kirli üzünü ortaya çıxardı” və s. sərlövhələrlə təqdim olunub.
Ölkənin aparıcı televiziya kanalları və qəzetlərinin internet saytlarında (www.cnnturk.com, www.ntv.com.tr, www.star.com.tr, www.aksam.com.tr, www.yeniakit.com.tr və s.) yer alan məlumatlarda türkdilli oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon artıq 25 ildən çoxdur Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır. İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır.

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31