Milli Məclisin yaz sessiyası başa çatıb
01.06.2019 [10:09]
Dünən keçirilən iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub
Mayın 31-də Milli Məclisin yaz sessiyasının son iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədov iclasın gündəliyində “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinin olduğunu deyib.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi haqqında məlumat verib. Z.Səmədzadə bildirib ki, bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, özünün beynəlxalq aləmdə nüfuzunu artıran bir dövlət kimi tanınır. Azərbaycan dünyanı heyran edən irimiqyaslı transmilli layihələrdə iştirak edir. O qeyd edib ki, 2018-ci ildə qlobal risklərə, dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirib. Xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişlənib. Ötən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, əvvəlki ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib.
Komitə sədri “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini əhatəli şəkildə şərh edib. Deyib ki, keçən il makroiqtisadi stabilliyin daha da möhkəmlənməsinə, ümumi daxili məhsulun (ÜDM) 1,4 faiz, əhalinin adambaşına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub, əhalinin gəlirləri mövcud inflyasiyanı xeyli üstələyib. Cari ilin əvvəlində ölkənin ümumi valyuta ehtiyatları 44,5 milyard ABŞ dolları təşkil etməklə xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib və 2018-ci ildə istehsal olunmuş ÜDM-in 94,8 faizinə bərabər olub. Qlobal enerji qiymətlərində müşahidə olan dalğalanma nəticəsində “Azeri Light” markalı xam neftin 1 barrelinin dünya birjalarında satış qiyməti 2018-ci ildə orta hesabla 73,1 ABŞ dollar səviyyəsində qərarlaşıb ki, bu da 2017-ci illə müqayisədə 31,9 faiz, büdcədə nəzərdə tutulmuş proqnozlaşdırılan qiymət göstəriciləri ilə müqayisədə isə 32,7 faiz çox olub.
Qeyd olunub ki, ölkə iqtisadiyyatında ötən ildəki dinamik inkişaf dövlət və icmal büdcələrinin icrasına da öz müsbət təsirini göstərib. 2018-ci il üçün icmal büdcənin gəlirləri 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat və ya 28,4 faiz artaraq 30 milyard 925 milyon manat təşkil edib, xərcləri isə 1 milyard 274 milyon manat və ya 5,1 faiz çoxalaraq 26 milyard 457 milyon manat olub. İcmal büdcə 1,5 milyard manat profisitlə proqnozlaşdırılsa da, 4,5 milyard manat profisitlə yekunlaşıb ki, bu da proqnoza nisbətən 3 milyard manat və ya üç dəfə çoxdur. Ötən il dövlət büdcəsinin mədaxili 22 milyard 509 milyon manat olmaqla proqnoza 101,6 faiz əməl edilib. Bu da 2017-ci illə müqayisədə 6 milyard manat və ya 36,3 faiz artım deməkdir. 2018-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 9 milyard 108 milyon manat və ya 103,5 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 305 milyon manat, 2017-ci illə müqayisədə isə 476 milyon manat və ya 5,5 faiz çox olub. Təqdim olunan proqnozu Vergilər Nazirliyi 100,5 faiz icra edərək büdcəyə 7 milyard 416 milyon manat vəsait təqdim edib ki, bu da 2017-ci illə müqayisədə 444 milyon manat və ya 6,3 faiz artım deməkdir.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 107,6 faiz əməl olunmaqla büdcəyə 3 milyard 433 milyon manat vəsait daxil olub, bu da 2017-ci illə müqayisədə 31,6 faiz və ya 825 milyon manat çoxdur. 2018-ci ildə Dövlət Neft Fondu dövlət büdcəsinə 10 milyard 959 milyon manat vəsait transfert edib.
Z.Səmədzadə bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,4 faiz və yaxud 22 milyard 731 milyon manat icra edilib. Strukturuna görə 2018-ci il dövlət büdcəsi xərclərinin 11 milyard 554 milyon manatı və yaxud 50,8 faizi cari xərclərə, 8 milyard 942 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 2 milyard 235 milyon manatı və yaxud 9,8 faizi dövlət borclarına və öhdəliklərə xidmətlə bağlı xərclərə yönəldilib. Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönümlü xərclərin maliyyələşməsinə yönəlib ki, bu da əvvəlki illə müqayisədə 506 milyon manat və ya 7,6 faiz çoxdur.
2018-ci ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6166,6 milyon manat vəsait yönəldilib ki, bu da 2017-ci illə müqayisədə 354,8 milyon manat və ya 6,1 faiz çox olmaqla, dövlət büdcəsi xərclərinin 27,1 faizini təşkil edib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında bildirib ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri qanunla müəyyən edilmiş 20 mənbə üzrə daxilolmalar hesabına formalaşıb. Bu mənbələrdən 13-ü üzrə proqnoz göstəricilərinin icra səviyyəsi 100 faizdən çox, 7-si üzrə isə kəsirlə icra edilib. Dövlət büdcəsinin gəlirlərində neft amili yenə də dominantlıq təşkil edib, lakin qeyri-neft sahələrindən gəlirlərə proqnoza nisbətən 3,5 faiz, əvvəlki ilə nisbətən isə 5,5 faiz artımla əməl edilib. Hesabat ilində vergiödəyicilərinin dövlət büdcəsinə olan cəmi artıqödəmə məbləği 2 milyard manat təşkil edib ki, bu da 2018-ci il 1 yanvar tarixinə olan göstəricidən 21,4 faiz azdır. Artıqödəmə məbləğinin azalması fonunda hesabat ilində dövlət büdcəsinə olan borcların məbləği 3,8 faiz artıb. Artım əsasən faiz borclarının əhəmiyyətli artımı hesabına baş verib. 2018-ci ildə vergi borclarının əsas hissəsi qeyri-neft sektorunun, mülkiyyət növü üzrə bölgüdə isə qeyri-dövlət sektorunun payına düşüb. Dövlət büdcəsi 98,4 faiz səviyyəsində icra edilib ki, bu da çox müsbət amildir.
Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərclərini xarakterizə edən əsas amil xərclərin artım tempinin ÜDM-in artım tempini üstələməsidir. Əvvəlki illə müqayisədə 2018-ci ildə büdcə xərclərinin artım tempi ÜDM-in artım tempindən çox olub. Büdcə xərclərinin strukturunda əlavə dəyər yaradan xərclərin məbləği əhəmiyyətli çəkidə artıb.
2018-ci ilin xərcləri barədə danışan Vüqar Gülməmmədov deyib ki, rəyin hazırlanması zamanı 144 qurum üzrə 18,6 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiqləyən Xəzinə Üzləşmə Aktları və digər sənədlər nəzərdən keçirilib. Bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 81,9 faizinə bərabərdir. Eyni zamanda, 117 qurum üzrə büdcə vəsaitlərinin icrası ilə bağlı hesabat məlumatları təhlil edilib, həmin məlumatlar 11,2 milyard manat məbləği və ya 2018-ci il dövlət büdcəsi xərclərinin 49,3 faizini təşkil edir.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin təhlili göstərir ki, hər il olduğu kimi, 2018-ci ildə də dövlət büdcəsi uğurla icra edilərək həm proqnoza görə, həm də 2017-ci ilə nisbətən artım əldə edilmişdir. Bu da onu göstərir ki, Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar, habelə əvvəlki illərdə ölkə iqtisadiyyatına yönəldilən sərmayə öz töhfəsini verməkdədir. E.İbrahimov deyib ki, bu, xüsusilə iqtisadiyyatın qeyri-neft sektorunda özünü daha açıq göstərir. Belə ki, qeyri-neft sektorunun prioritet sahəsi olan kənd təsərrüfatına keçən il 742 milyon manat büdcə vəsaitinin yönəldilməsi bu sahədə ümumi daxili məhsulun 4,6 faiz artımını və onun xüsusi çəkisinin 5,3 faizə çatmasını təmin etmişdir. Ümumilikdə isə qeyri-neft sektoruna ayrılan investisiyanın 2017-ci ilə nisbətən 23 faiz artması dövlətimizin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı və əsaslı tədbirlər gördüyünü bir daha sübut edir. “Büdcə gəlirlərinin istər Vergilər Nazirliyi, istərsə də Gömrük Komitəsi tərəfindən yüksək səviyyədə icra edilməsi bu sahələrdə son illər aparılan uğurlu islahatların nəticəsidir. Bu da onu göstərir ki, islahatlar vaxtında aparılır və ölkə həyatının bütün sahələrini əhatə etməsi uğurlu nəticələr əldə etməyə möhkəm zəmin yaradır. Fərəhli haldır ki, dövlət başçısının apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır və bu, keçən ilin büdcəsinin icrasında da öz təsdiqini tapmışdır. 2018-ci ildə sosialyönlü xərclərə 2017-ci ilə nisbətən 7,6 faiz çox büdcə vəsaitinin xərclənməsi bunu sübut edir”, - deyə komitə sədri qeyd edib.
Millət vəkili Tahir Mirkişili ötən ilin dövlət büdcəsinin yüksək səviyyədə icra olunmasını uğurlu iqtisadi siyasətin nəticəsi kimi səciyyələndirib.
Millət vəkili Aydın Hüseynov da çıxışında 2018-ci ilin dövlət büdcəsinin uğurla icra olunduğunu bildirib.
İclasda bəzi millət vəkilləri ötən ilin dövlət büdcəsində tikintiyə daha çox vəsait ayrıldığını deyərək büdcənin sosialyönümlü olmadığını iddia ediblər. Buna cavab olaraq vitse-spiker Bahar Muradova bildirib ki, məhz bu tikinti məsələsinin özü də sosial məsələlərlə əlaqəlidir. Onun sözlərinə görə, büdcədən tikinti üçün ayrılan vəsaitlə əhalinin həssas təbəqələri üçün evlər tikilir: “Eləcə də bu vəsaitlə yollar, məktəblər, tibb ocaqları tikilir və böyük abadlıq-quruculuq işləri aparılır ki, bunlar böyük sosial əhəmiyyət kəsb edir. Bu mənada, 2018-ci ilin dövlət büdcəsinin sosialyönümlü olmaması barədə deyilən fikirlər doğru deyil”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də ötən ilin dövlət büdcəsini sosialyönümlü büdcə kimi səciyyələndirib.
İclasda həmçinin millət vəkilləri Elman Nəsirov, Əli Məsimli, Azay Quliyev, Qənirə Paşayeva, Elmira Axundova, Rafiq Məmmədhəsənov, Aydın Mirzəzadə və digərləri çıxış edərək 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında fikirlərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
İclasda həmçinin bəzi millət vəkilləri cəbhə xəttində Azərbaycan Ordusunun zabitinin işğalçı erməni silahlı birləşmələri tərəfindən snayperlə qətlə yetirilməsini pisləyib, bu hadisənin ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkəmizdə səfərdə olduğu zaman törədilməsinin Ermənistanın təxribatı olduğunu bildiriblər. Məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, erməni tərəfinin atəşkəsi pozması nəticəsində Azərbaycanın şəhid olmuş zabiti Aqil Omarovla bağlı məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq. Bu barədə Azərbaycan parlamentinin beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinə tapşırıq verilib. Spikerin sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırıb.
Qeyd edək ki, bununla da Milli Məclisin yaz sessiyası başa çatıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, iyun ayında parlamentin növbədənkənar sessiyası keçiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

