Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
25.06.2019 [10:08]
Azərbaycan özünün tarixi ilə qürur duyur. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə əsrlərboyu sülh və ləyaqət şəraitində yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz həmin mədəni müxtəlifliyi özündə əks etdirir. Bizim gücümüz mədəni müxtəlifliyimizdədir. Multikulturalizmin alternativi yoxdur.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 86-cı kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2018-ci il aprelin 5-də “Qoşulmama hərəkatı”nın Bakıda keçirilmiş nazirlər konfransının açılış mərasimindəki nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin mart-may aylarını əhatə edir.
Kitabda Prezident İlham Əliyevin Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasında çıxışının mətni, qardaş ölkəyə rəsmi səfəri çərçivəsində sənədlərin imzalanma mərasimi haqqında məlumat, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri yer alıb.
Nəşrə dövlətimizin başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərinə, habelə Azərbaycana səfər etmiş İran İslam Respublikası Prezidenti ilə görüşünə dair informasiyalar, Azərbaycan-İran biznes-forumunda söylədiyi nitqin mətni daxil edilib.
Çoxcildliyin 86-cı kitabında Prezident İlham Əliyevin Belarus, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Rusiya və digər dövlətlərin, NATO-nun, ATƏT-in, Şanxay Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Memarlar İttifaqının, Dünya Turizm Təşkilatının Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair məlumatlar toplanıb.
Kitabda, həmçinin 2018-ci ilin aprelində keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunları, növbəti müddətə Prezident seçilmiş İlham Əliyevin andiçmə mərasimi barədə materiallar verilib.
Oxucu bu nəşrdə ölkə rəhbərinin Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqinin mətni, Xaçmaz və Xızı rayonlarına səfərləri haqqında informasiyalarla da tanış ola bilər.
Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsinin mətni, Azərbaycanın Pravoslav xristian icmasına Pasxa bayramı münasibətilə təbriki, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına məktubu və digər məktubları da çoxcildliyin 86-cı kitabına daxil edilib.
Bu kitabda Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə dövlətimizin başçısının söylədiyi nitqlərin mətnləri yer alıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 86-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

