Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir

Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir

02.07.2019 [09:59]

Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz arasında sıx dostluq əlaqələri var. İnanırıq ki, bu münasibətlər bundan sonra da davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ilə görüşündə deyib. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərə toxunan Əli Əhmədov ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən də danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş Nazirin müavini Özbəkistanın bu məsələdə Azərbaycanın yanında olmasından məmnunluğunu ifadə edib.
Aziz Abduxakimov da, öz növbəsində, ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası buna bariz nümunədir.

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31