Dost ölkələr olan Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr strateji xarakter daşıyır
03.07.2019 [09:40]
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyulun 2-də Qazaxıstan Respublikasının Baş Nazirinin müavini xanım Gülşara Abdıkalıkova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Novruz Məmmədov UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışaraq dost ölkələr olan Azərbaycan ilə Qazaxıstanın bu təşkilat çərçivəsində də fəal əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Tarixən qardaş ölkələrimiz, xalqlarımız arasında çox sıx əlaqələrin mövcud olduğunu bildirən Baş Nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin bu münasibətlərin möhkəmləndirilməsində mühüm xidmətlərinin olduğunu vurğulayıb. “Bizim ölkələrimiz arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələr mövcuddur. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də çox sıx əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycanın iştirak etmədiyi təşkilatlarda, tədbirlərdə daim bizim ölkəmizin mövqeyini müdafiə edir. Hesab edirəm ki, bu, ölkələrimiz arasındakı dostluğun təzahürüdür və digər dövlətlər üçün də yaxşı nümunə ola bilər”, - deyə Novruz Məmmədov vurğulayıb.
Baş Nazir Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi baxımından önəmli olduğunu vurğulayaraq xanım Gülşara Abdıkalıkovanın Azərbaycana səfərinin UNESKO çərçivəsində, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş Nazir Qazaxıstanın ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Qazaxıstanın Baş Naziri Askar Maminin salamlarını çatdıran Gülşara Abdıkalıkova deyib ki, dost ölkələr olan Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr strateji xarakter daşıyır. “Bizim ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq əlaqələri var. Biz hər zaman qarşılıqlı olaraq bir-birimizin maraqlarını müdafiə edirik. Əminəm ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək”, - deyə Baş Nazirin müavini vurğulayıb.
Novruz Məmmədov Askar Maminə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Qazaxıstanın Baş Nazirinə çatdırılmasını xahiş edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

