Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şimon Samuels: Azərbaycan dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşır

Şimon Samuels: Azərbaycan dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşır

04.07.2019 [09:44]

Etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və ölkənizdə müxtəlif xalqlara məxsus dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən ABŞ-ın Los-Anceles şəhərindəki Simon Vizental adına Mərkəzin şöbə müdiri Şimon Samuels deyib.
Bildirib ki, təmsil etdiyi mərkəz yəhudi tarixi mədəni irsinin qorunması və təbliği ilə məşğul olur. Qeyd edib ki, Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. İstərdim ki, Qırmızı qəsəbə də UNESKO-nun Dünya İrs Siyahısına salınsın.
Qonaq, həmçinin deyib ki, Azərbaycanın multikultural sahədə təcrübəsini digər dövlətlər də öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.
“Biz tədbirin yüksək səviyyədə təşkilini gözləyirdik. Çünki Bakıda ötən il keçirilən Beynəlxalq Humanitar Forumda da mən bunun şahidi olmuşam. Bütün bunlar ölkənizin belə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğuna və insanlarınızın qonaqpərvərliyinə dəlalət edir”, - deyə Şimon Samuels söyləyib.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31