Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir
24.10.2019 [09:46]
Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi bəzi qruplar tərəfindən birtərəfli və təhrif olunmuş şəkildə təqdim edilib. Avropa İttifaqının bununla bağlı verdiyi tələsik bəyanat da həqiqəti əks etdirmir. Həddən artıq güc tətbiqi və onlarla insanın saxlanılması barədə bəyanatlar həqiqətə uyğun deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” portalında dərc olunmuş məqaləsində bildirilir.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam şəkildə təmin olunub. Bakı Şəhər İcra Hakimiyyəti müxalif qrupun mitinq keçirmək müraciətinə cavab olaraq şəhərin Lökbatan ərazisini təklif etmişdi. Lakin sözügedən qrup bundan imtina etdi. Onlar Bakı metrosunun “28 May” stansiyası ərazisində razılaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən metro stansiyaları ərazilərində kütləvi mitinqlər və nümayişlər keçirmək təhlükəsizlik məsələləri ilə əlaqədar qadağandır. Həmin qrupun oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu. Lakin onlar bunu hərəkətin sıx olduğu vaxtda mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar.
Oktyabrın 19-da keçirilən mitinqdə Azərbaycan polisinin peşəkar davrandığını qeyd edən Prezident Administrasiyasının rəsmisi saxlanılan şəxslərə xəbərdarlıq ediləndən sonra azad olunduqlarını bildirib. Heç kim xəsarət almayıb. Bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatları yalandan başqa bir şey deyil.
Hikmət Hacıyev məqalədə Avropa ölkələrinin paytaxtlarında dinc nümayişlər zamanı rezin güllələrdən və itlərdən istifadə edilməklə həddən artıq güc tətbiq olunduğunu xatırladıb. O vurğulayıb ki, Bakıdakı aksiyanın əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsi nümayiş etdirmək idi. Bu etirazın əsas məqsədi vəziyyəti dramatikləşdirmək və qurban obrazı yaratmaq idi. Onlar daxili və xarici ictimai dəstək əldə etmək istəyirdilər. Onların 1990-cı illərin əvvəlində həyata keçirdikləri siyasət Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə və müvəffəqiyyətsizliklə üz-üzə qoymuşdu. Anarxiya, küçə etirazları, populizm və demaqogiya onların istifadə etdikləri vasitələrdir.
Sonda Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

