“Azərbaycan jurnalistikasının tarixi” kitabının təqdimatı olub
10.06.2015 [09:03]
İyunun 9-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun və tanınmış jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin birgə müəllifi olduğu rus dilində “Azərbaycan jurnalistikasının tarixi” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilmiş tədbirdə qurumun sədri Əflatun Amaşov nəşrin Azərbaycan jurnalistikasının tarixi ilə bağlı sistematik nümunə olduğunu deyib. Kitabın xarakterik xüsusiyyətlərindən bəhs edən Ə.Amaşov onun dərs vəsaiti kimi də əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin qeyd edib ki, kitab jurnalistika ilə bağlı reallıqlarımızın rus dilində paylaşılması nöqteyi-nəzərdən də əhəmiyyətlidir.
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev jurnalistikanın ictimai fikir tariximizdəki önəmini vurğulayıb. Bu baxımdan onun tarixinin öyrənilməsinin eyni zamanda Azərbaycanın tarixinin tədqiqinə də mühüm töhfə olduğunu bildirib.
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxışında diqqəti zaman-zaman Azərbaycan jurnalistikası tarixinin tədrisində problemlərin yaşandığına çəkib. Bildirib ki, xüsusən də rus bölməsində təhsil alanlar çətinlik çəkiblər. Məsələyə mövcud kontekstdən yanaşan C.Məmmədli kitabın məhz rus dilində ərsəyə gəlməsinin əhəmiyyətini əsaslandırıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan jurnalistikasının keçmişini və müasir inkişaf xüsusiyyətlərini özündə birləşdirən kitabların yazılmasının vacibliyindən söz açıb. O bildirib ki, belə nəşrlərin dünyaya çıxış baxımından təkcə rus dilində deyil, ingilis dilində də nəşri mütləqdir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli, universitetin jurnalistika fakültəsinin professoru Alxan Bayramoğlu, Bakı Slavyan Universitetinin kafedra müdiri Etibar Babayev, bu ali təhsil ocağının dosenti Şəlalə Həsənova, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov və başqaları təqdimatı keçirilən nəşrin əhəmiyyətindən danışaraq, hazırda 1000 tirajla işıq üzü görmüş kitabın sayının çoxaldılmasının vacibliyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

