Şəki Sərhəd Dəstəsində yeni inşa edilmiş “Laza” zastava kompleksi xidməti istifadəyə verilib
06.02.2016 [10:10]
Dövlət Sərhəd Xidməti (DSX) ölkəmizin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Şəki Sərhəd Dəstəsində yeni inşa edilmiş “Laza” sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti göstəricisidir.
Azərbaycan Respublikasının ən yüksək dağ zirvəsi olan Bazardüzü istiqamətində yerləşən sərhəd zastavasının xidməti ərazisi mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malikdir. Dövlət sərhədlərimizin mühafizəsi qış aylarında qalın qarla örtülmüş dağlıq ərazilərdə, şaxtalı-boranlı havada təşkil edilir. Yeni inşa olunmuş sərhəd zastavasında yaradılan şərait sərhədçilərə xidməti daha yüksək səviyyədə təşkil etməyə geniş imkanlar yaradacaq.
Yeni sərhəd zastavası kompleksinin açılışı münasibətilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev çıxış edərək Ulu öndər Heydər Əliyevin milli inkişaf siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb. Elçin Quliyev son illərdə ölkəmizdə müasir sərhəd mühafizə infrastrukturunun formalaşması, bütün hərbi hissə və bölmələrdə yüksək xidmət və məişət şəraitinin yaradılması istiqamətində tədbirlərin uğurla davam etdirildiyini bildirib.
Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev sərhədçiləri təbrik edərək onlara uğurlar arzulayıb.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra Xidmət rəisi qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirib.
Yeni eksperimental layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunmuş mənzillər, müasir tələblərə cavab verən xüsusi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, idman zalı, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana lazımi avadanlıq və vasitələrlə təmin olunub, yol və səkilər asfaltlanıb, ərazidə abadlıq işləri görülüb.
Tədbirin sonunda general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

