/ / Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub
Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub
03.07.2018 [09:39]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Bakıda təşkil olunan seminarda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin direktor müavini Xulud Əl Xaldinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir tam və səmərəli məşğulluq imkanlarının yaradılması istiqamətində Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını, qeyri-neft sektorunun sürətli inkişafı şəraitində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu bildirib.
Ötən dövrdə BƏT-lə səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirən nazir diqqətə çatdırıb ki, “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” əməkdaşlıq müstəvisində birgə tədbirlərin ardıcıl və sistemli təşkili layiqli əməyin təbliği baxımından xüsusi önəm kəsb edir. Proqram çərçivəsində inklüziv inkişaf, layiqli məşğulluq və keyfiyyətli iş yerlərinin təşviqi, sosial təminatın və iş şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi və s. istiqamətlərdə işlər aparılmaqla, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni Məşğulluq Strategiyası (2018-2030) layihəsi hazırlanıb.
BƏT-lə birgə icra olunmuş “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək”, “Gənclərin məşğulluğu - öz biznesinə başla” layihələrinin əhəmiyyətini qeyd edən nazir özünüməşğulluq proqramının icrası, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, Dövlət Məşğulluq Xidmətinin potensialının artırılması, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi və s. istiqamətlərdə ölkəmizdə aparılan işlərə BƏT tərəfindən göstərilən davamlı dəstəyi yüksək dəyərləndirib.
Görüşdə sosial yardım alan ailələrin potensialı müqabilində özünüməşğulluq proqramı ilə əhatə olunmasının təkmil mexanizminin qurulması, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid pəncərə prinsipi üzrə təşkil edilməsi sahəsində işlərin aparıldığı və “Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası”nın, Məşğulluq Strategiyası layihəsi üzrə Fəaliyyət Planının hazırlanmasının nəzərdə tutulduğu bildirilib. BƏT-lə əməkdaşlığın bu iş sahələrini, habelə pensiya, sosial yardım, müavinət, sistemlərinin təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi, müasir sosial reabilitasiya metodlarının tətbiqi, qeyri-rəsmi məşğulluğun miqyasının qiymətləndirilməsi, orta və uzunmüddətli demoqrafik təhlillərin aparılması və digər sahələri də əhatə etməsinin əhəmiyyətli ola biləcəyi qeyd olunub.
Xulud Əl Xaldi Azərbaycanda milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq təşkil etməsinin və həmin prioritetlərin hər biri üzrə müvafiq proqramlar əsasında konkret nəticələrə yönələn tədbirlərin həyata keçirilməsinin, o cümlədən əhalinin səmərəli məşğulluğunun təminatı sahəsində əldə olunan irəliləyişlərin təqdirəlayiq olduğunu qeyd edib.
Görüşdə BƏT-lə əməkdaşlığın gələcəkdə yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

