/ / YAP Xocavənd rayon təşkilatının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
YAP Xocavənd rayon təşkilatının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
06.03.2026 [16:13]
YAP Xocavənd rayon təşkilatının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd rayon İcra Hakimiyyəti Başçısının müavini Əfsanə Quliyeva və Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən fəal üzvlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan xanımlarını dərin ehtiram və sonsuz hörmətlə təbrik edərək bildirmişdir ki, bu əlamətdar gün qadınların cəmiyyət həyatındakı əvəzsiz rolunun, onların qazandığı nailiyyətlərin, göstərdikləri fədakarlığın və bəşəri dəyərlərə verdikləri töhfələrin təntənəsidir. Azərbaycan qadını tarix boyu müdrikliyi, iradəsi, vətənpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçilmişdir. Qədim dövlətçilik ənənələrimizdə qadına böyük ehtiram göstərilmiş, o, ailənin dayağı, nəslin davamçısı və cəmiyyətin mənəvi sütunu kimi qəbul olunmuşdur. Azərbaycan qadınının liderlik və humanizm nümunəsi kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı sosial, humanitar və mədəni layihələr, milli-mənəvi irsimizin qorunması və dünyada təbliği istiqamətində görülən işlər Azərbaycan qadınının potensialını və liderlik qabiliyyətini parlaq şəkildə nümayiş etdirir. Onun fəaliyyəti xeyirxahlıq, mərhəmət və yüksək idarəçilik mədəniyyətinin vəhdətini əks etdirir.
Tədbirdə Xocavənd rayon İcra Hakimiyyəti Başçısının müavini Əfsanə Quliyeva və digər çıxış edənlər 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycan xanımlarını təbrik edərək bildirdilər ki, dövlətçilik prinsiplərinə sadiq qalan, ictimai-siyasi proseslərdə fəal iştirak edən xanımlarımız sosial layihələr, maarifləndirmə proqramları və xeyriyyə təşəbbüsləri ilə cəmiyyətimizin inkişafına dəyərli töhfələr verirlər. Əlavə olaraq fəal üzvlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda tədbirdə Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fərqlənən xanım fəal üzvlərə 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

