Lerikdə davam edən “Yay məktəbi”ndə Milli Mətbuat Günü ilə bağlı seminar keçirilib
23.07.2014 [09:36]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün təşkil etdiyi “Yay məktəbi”nin III turu Lerik rayonunda öz işini uğurla davam etdirir. Turun növbəti günündə YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynovanın rəhbərliyi ilə “Milli-mənəvi dəyərlərin gənclərin həyatında rolu” mövzusunda seminar-diskussiya keçirilib.
Gənclər qarşısında çıxış edən millət vəkili bildirib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır: “Azərbaycan xalqı da bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə uzlaşmasından asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, mənəvi dəyərlərinə istinad edir.
Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və uğurlu quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli-mənəvi dəyərləri əsas dayağa çevrildi. Bu gün isə bu milli-mənəvi dəyərləri qoruyub gələcək nəsillərə ötürmək siz gənclərin üzərinə düşür”.
YAP Sabunçu rayon təşkilatının üzvü Ziya Şükürov mövzu barədə çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərin qorunması hər bir xalq və onun dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edir: “Xalqlar və millətlər bəşər tarixində özünəməxsus yerini yalnız bu dəyərlərə və onun fərqləndirici xüsusiyyətlərinə görə tanıdır. Azərbaycan xalqı və dövləti qədim, zəngin mədəniyyəti, tarixi, adət və ənənələri, tolerantlığı, bəşər dəyərlərinə verdiyi önəm və tarixi şəxsiyyətləri ilə tanınmışdır. Milli-mənəvi dəyərlərimizi qorumaq, onlara sahib çıxmaq, dərindən bilmək hər bir azərbaycanlı üçün vacibdir”.
Çıxışlardan sonra gənclər bu mövzuda geniş fikir mübadiləsi aparıblar.
Günün ikinci yarısında isə 22 iyul Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü ilə bağlı təlim olub. YAP Nəsimi rayon təşkilatının fəalı Tusi Heydərov hazırladığı slayd-şou əsasında çıxış edərək Azərbaycan mətbuatının yaranma tarixi, 1875-ci ildən bu günə kimi keçdiyi çətin və şərəfli yoldan danışıb. O bildirib ki, əvvəllər senzuralı şəraitdə fəaliyyət göstərən mətbuatımız Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra özünün çiçəklənmə dövrünə qədəm qoydu, senzura tamamən ləğv olundu, mətbuatın maddi vəziyyəti tədricən yaxşılaşdı. Müstəqil kütləvi informasiya vasitələrinin sayı sürətlə artmağa başladı.
Sonra Milli Məclisin deputatı Sevinc Hüseynova çıxış edərək, peşə bayramı münasibəti ilə bütün jurnalistləri təbrik edib. Millət vəkili qeyd edib ki, mətbuatın inkişafı daim dövlətimizin diqqət mərkəzində olub: “Mətbuat dördüncü hakimiyyət funksiyasını uğurla yerinə yetirir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatı ciddi inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, qəzetlərin dövlət nəşriyyatına olan borclarının dondurulması və mətbuatın inkişafına xidmət edən digər məsələlər ilə bağlı verilən qərarlar böyük əhəmiyyət kəsb edib. Əbəs yerə deyil ki, mətbuat işçiləri Ulu öndərimizin bu fəaliyyətini yüksək qiymətləndirərək Onu “Jurnalistlərin dostu” seçiblər. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir və dövlət başçısı da “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə dövlətimiz mətbuatımıza ciddi dəstək verir. Eyni zamanda, ölkə başçısının qərarı ilə dövlət hesabına ötən il mətbuat işçiləri üçün yaşayış binası tikilib istifadəyə verilib. Artıq 250 mənzildən ibarət olacaq ikinci bina da tikilməkdədir və gələn ilin sonlarında jurnalistlərin ixtiyarına verilməsi planlaşdırılır. Ölkəmizdə mətbuat, o cümlədən internet tam azad şəkildə fəaliyyət göstərir”.
Günün sonuna doğru isə “Yay məktəbi”nin iştirakçıları iki komandaya bölünərək YAP Lerik rayon təşkilatının və “Relax” komandaları ilə minifutbol yarışı keçiriblər.
Daha sonra gənclər flaşmob təşkil ediblər.
Taleh Bağırov,
“İki sahil”
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

