YAP-ın namizədlərinin əsas məramı dövlətə, xalqa xidmətdir
20.10.2010 [09:31]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədi Abel Məhərrəmov İzmir 5a ünvanında yaşayan seçicilərlə görüşüb. Görüşdə çıxış edən Abel Məhərrəmovun vəkili, professor Abuzər Xələfov bildirib ki, seçicilərin namizədləri ilə görüşünə belə mütəşəkkilliklə gəlməsi Ulu öndər Heydər Əliyev ideyalarına, YAP-ın Sədri, Prezident İlham Əliyevə, ən nəhayət, partiyanın İdarə Heyətinin üzvü, millət vəkili Abel Məhərrəmova el hörməti və seçici etimadının təzahürüdür: “AMEA-nın həqiqi üzvü, BDU-nun rektoru, Əməkdar elm xadimi Abel Məhərrəmov Azərbaycanda kimya elminin korifeylərinin layiqli davamçısı olmaqla, bütünlükdə təhsilin inkişafına mühüm töhfələr vermiş tanınmış, ictimaiyyətçi, cəmiyyətdə böyük nüfuz qazanmış, bir neçə beynəlxalq mükafatlar laureatı kimi dünya miqyasında tanınan insan, böyük şəxsiyyətdir”.
Azərbaycan elminin, təhsilinin inkişafı üçün fədakarlıq göstərən akademik A.Məhərrəmov başçılıq etdiyi universitetin 20 minlik tələbə ordusuna mənəvi dəstək göstərir, hazırlıqlı kadrların yetişməsində, tədrisin keyfiyyətinin daha da yüksəlməsində, bir millət vəkili, ictimai xadim kimi isə Yasamal rayonunda aparılan quruculuq, abadlıq işlərində əlindən gələni əsirgəmir. Milli Məclisdə fəal deputat kimi tanınır. Uzun illər müzakirəsi davam etdirilən “Təhsil haqqında” Qanunun qəbulu prosesində də təcrübəli pedaqoq kimi faydalı məsləhətlərini verib.
Namizədin digər vəkili, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Tofiq Hacıyev vurğulayıb ki, Azərbaycan elminin inkişafına layiqli töhfələr vermiş, Milli Məclisdə fəal millət vəkili kimi seçicilərinin etimadını doğruldan Abel Məhərrəmov kimi xadimlərin xalqın etimadını qazanmasının səbəbi onun Vətəninə, xalqına sonsuz məhəbbəti, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyev ideyalarına sədaqəti, Prezident İlham Əliyev siyasətini dəstəkləyən savadlı gənclər yetirməsidir. A.Məhərrəmov üzvü olduğu YAP-nın ictimaiyyət arasında böyük nüfuz qazanması, sıralarının sağlam gənclərlə möhkəmlənməsində də təcrübəli pedaqoq, sağlam düşüncəli vətəndaş kimi əlindən gələni əsirgəmir. Buraya toplaşan insanların çoxluğu o deməkdir ki, Abel müəllimin ikinci dəfə millət vəkili adını qazanması xalqın ürəyindən qaynaqlanan hissdir.
“Milyonların partiyası olan YAP tərəfindən namizədliyi irəli sürülən Abel Məhərrəmovun vəkili olduğum üçün özümü xoşbəxt hiss edir, xalq və təmsil olunduğum böyük bir kollektivin alim və tələbə heyəti qarşısında böyük məsuliyyət daşıdığımı hiss edirəm” sözləri ilə çıxışına başlayan BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məlikova bildirib ki, Ulu öndərin qeyd etdiyi kimi, Azərbaycan xalqı müdrik, uzaqgörən və dövlətçilik ənənələrinə sadiq qalan bir xalqdır. Elmin inkişafı naminə xidmətlərini əsirgəməyən insanlara daim hörmətlə yanaşıb, etimad göstərib. Parlament seçkiləri ərəfəsində respublikanın gələcəyini, iqtisadi inkişafımızın davamlı olmasını istəyən insanlar bir daha mütəşəkkillik göstərərək yaxşıların yaxşısına üstünlük verir. Seçicilər düzgün seçim etməklə bir daha YAP-nın qələbəsini təmin etmək əzmindədir.
çıxış edən Abel Məhərrəmov ona göstərilən etimad üçün seçicilərinə minnətdarlıq edib. Vurğulayıb ki, Cənubi Qafqaz ölkələrinin bütünlükdə iqtisadiyyatının 75 faizinə müəlliflik edən Azərbaycanda elmin inkişafı, insanların sosial müdafiəsi də bu səviyyədədir: “Vətəndaşı olduğumuz ölkənin iqtisadi qüdrətinin artması, beynəlxalq səviyyədə tanınması, diplomatiyada qazandığı uğurlar hər an hiss olunan birlik və həmrəyliyimizdən çox asılıdır. Bu gün Azərbaycan regionda dinamik inkişafın, yeni mərhələ üzrə davam edən proseslərin avanqardı kimi öndə gedir. Bu uğurların təməlində ümummilli lider Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və zəngin dövlətçilik təcrübəsi dayanır. Bizim birliyimiz bu müqəddəs amallara xidmət etməli, hamıya nümunə olmalıdır”.
A.Məhərrəmov ümidvar olduğunu bildirib ki, görüşə gələnlərin hər biri, bütün siyasi kampaniyalarda Azərbaycanın heyrət doğuran reallıqlarının davamına tərəfdar olanlar birliyimizə həmrəyliyimizə səs verəcək, övladlarının, gələcəyimizin etibarlı təminatına münasibətlərini bildirəcəklər.
Sonda seçicilərlə YAP-ın namizədi arasında söhbət olub.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

