Zəfərimiz qürurumuzdur
02.11.2022 [11:47]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
“Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil.” Dövlət başçısı İlham Əliyevin 10 noyabr 2020-ci ildə xalqa müraciətində 44 günlük İkinci Qarabağ müharibəsinin, ən əsası 30 illik işğal dövrünün bütün reallıqları öz əksini tapıb. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Bəzi dünya gücləri işğalçı Ermənistana dəstək olmaqla vəziyyəti sonadək bu şəkildə davam etdirə biləcəklərinə özlərini inandırmağa çalışdılar. Baxmayaraq ki, kiçik dövlətlərə “ədalət, beynəlxalq hüquq dərsi” keçir, özləri bu anlayışlardan ya xəbərsiz idilər, ya da maraqlar o qədər ədaləti, haqqı üstələyirdi ki, görünən yalnız ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlər olurdu.
44 günlük İkinci Qarabağ müharibəsi bu problemlərə son qoydu. Azərbaycan erməni silahlı qüvvələrini diz çökdürdü, Ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyib hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin məhv etdiyi və qənimət kimi götürdüyü hərbi texnika Zəfərimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında nümayiş olundu. Qürurverici olan bu mühüm məqamı da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündən Azərbaycana mənəvi və siyasi dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Dövlət başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsinin getdiyi dövrlərdə xalqa müraciətlərinə diqqət yetirsək görərik ki, daim Azərbaycan Ordusunun məhv etdiyi və qənimət kimi götürdüyü hərbi texnikanın siyahısı təqdim olunub.
Bu gün müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərən Hərbi Qənimətlər Parkı hər gün ziyarətçilərini 44 günün reallıqları ilə məlumatlandırır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonunda açıq səma altında yaradılıb. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat nümayiş olunur. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bu gün tarixi Zəfərimizin qürurunu yaşayırıq. Birliyimiz, həmrəyliyimiz sayəsində qovuşduğumuz torpaqlarda bərpa-quruculuq işlərini böyük ruh yüksəkliyi ilə həyata keçiririk. Azərbaycan 44 gündə təkmil müharibə taktikasını təqdim etdiyi kimi, postmünaqişə dövründə də hər kəsi heyrətləndirən dirçəliş modelini təqdim edir. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Azərbaycan xalqı neçə qurucu xalq olduğunu dünyaya nümayiş etdirir. Bu gün hansı sahəyə diqqət yetirsək Zəfərimizin reallıqlarını görürük. Azərbaycanın regionda və dünyada mövqeyi daha da möhkəmlənib. Bu gün Azərbaycan qalib ölkə kimi beynəlxalq tədbirlərə qatılır, işğal dövrü ilə yanaşı, postmünaqişə mərhələsinin reallıqlarını dünyaya çatdırır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, artıq torpaqlarımızın işğal deyil, azad olunduqları tarixləri qeyd edirik. Bu sevinci, qüruru bizə yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı!
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

