Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qeydiyyat başlanır

Orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qeydiyyat başlanır

Orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün oktyabrın 2-si saat 11:00-dan tam qeydiyyat prosesinə başlanılacaq.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat oktyabrın 9-u saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.