Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir

Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir
Əgər qarşıdan gələn bazar günü ölkədə prezident seçkiləri keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 91 faizə yaxını dövlət başçısı İlham Əliyevə səs verərdi
Azərbaycan əhalisinin mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. Bunu “Rəy” Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ictimai rəy sorğusunun nəticələri təsdiqləyir. Mərkəzdən AzərTAc-a bildiriblər ki, sorğunun nəticələrinə görə, əgər qarşıdan gələn bazar günü ölkədə prezident seçkiləri keçirilsəydi, seçicilərin mütləq əksəriyyəti - 91 faizə yaxını dövlət başçısı İlham Əliyevə səs verərdi.
“İlham Əliyev sizin maraqlarınıza cavab verirmi?” sualını respondentlərin 87 faizi “bəli, cavab verir”, - deyə cavablandırıb.
Həmçinin məlum olub ki, qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, respondentlərin əksəriyyəti - 77 faizi birmənalı olaraq səsverməyə qatılardılar.
Sorğu yaşı 18 və yuxarı olan 1500 nəfər arasında aparılıb.