Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlersi qəbul edib.
Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlers yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.
Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoqun genişləndirilməsində önəmi vurğulanıb, Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.