Xəbər verdiyimiz kimi, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri nəticəsində yanğın baş verib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olub.
Baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlətimizin başçısına məlumat verilib. Vəziyyətlə yerindəcə tanış olan Prezident İlham Əliyev bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlarını verib.