Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib. Görüşdə türkdilli ölkələr arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının həyata keçirdiyi tədbirlərin önəmi qeyd olunub, təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.