Prezident İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin görüşü olub

Prezident İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin görüşü olub
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olub.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın perspektivləri mzakirə edilib.