Lvov vilayətindəki Yavorivski poliqonuna raket hücumu nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 130-dan çox insan yaralanıb.
APA bildirir ki, bu barədə martın 13-də keçirdiyi brifinqdə Lvov Vilayət Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.
Bildirilir ki, raketlər Saratov ərazisindən atılıb. Raketlərin bir hissəsi havada vurulub.