İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı ölkənin nüvə obyektlərinə mümkün hücumları regionda müharibənin eskalasiyası kimi qiymətləndirəcəklərini və buna cavab verəcəklərini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran dövlət televiziya və radiosu məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, ABŞ-nin İranın nüvə və strateji obyektlərinə zərbə endirmək təhdidi reallaşarsa, Tehran bunu münaqişənin genişlənməsi kimi dəyərləndirəcək.
Bildirilib ki, belə bir vəziyyətdə ABŞ və onun müttəfiqlərinin regiondakı maraqları İran Silahlı Qüvvələrinin cavab tədbirlərinin hədəfinə çevrilə bilər.