ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda İranla bağlı iclas keçirəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində keçirilən tədbirdə açıqlama verib.
“İndi Ağ Evə gedirəm və müxtəlif məsələlər, o cümlədən İran müharibəsi ilə bağlı danışacağam”, – deyə Amerika lideri bildirib.
ABŞ Prezidenti, həmçinin İranın hərbi imkanlarının zəiflədiyini iddia edib. O qeyd edib ki, İranın dron və raketlərinin böyük hissəsi məhv edilib.