Rusiyanın Kirov vilayətində bir müəssisəyə raket hücumu nəticəsində 6 nəfər ölüb, 26 yaralı var.
AZƏRTAC xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.
O, hücumdan sonra baş verən yanğının söndürüldüyünü bildirib. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.
Vilayət qubernatoru əlavə edib ki, mütəxəssislər yaxınlıqdakı yaşayış binalarında mümkün ziyanı yoxlayırlar.