İran Hörmüz boğazında üç neft tankerini saxladığını açıqlayıb

İran Hörmüz boğazında üç neft tankerini saxladığını açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən üç neft tankerinin saxlanıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadla məlumat yayıb.

Məlumata görə, hərbçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq təhlükəli və qanunsuz marşrutla hərəkət edən üç tanker saxlanılıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.