Yaxın Şərqdə artan risklər fonunda dünya neft bazarında qiymətlər yüksəlib.
AZƏRTAC xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,19 faiz artaraq bir barel üçün 104,42 dollara çatıb.
Qiymət artımı husilərin Səudiyyə Ərəbistanındakı hədəflərə hücumları və regiondan neft tədarükü ilə bağlı qeyri-müəyyənlik fonunda baş verib.