Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda keçirilən Çoxtərəfli Tərəfdaşlıq Zirvə Görüşü çərçivəsində çoxtərəflilik, beynəlxalq hüquq və sülh prinsiplərinə ortaq sadiqliyin bir daha təsdiqləndiyini bildirib.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Gürcüstan üçün bu, ilk növbədə Cənubi Qafqazda regional əməkdaşlığın gücləndirilməsi və ticarət və əlaqənin inkişafı istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün mövcud olan yeni imkanlardan istifadə deməkdir”, - deyə İrakli Kobaxidze qeyd edib.