Oman sahillərində naməlum mərmi ilə vurulan gəmi batıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Oman sahillərində, Lima limanından 9 dəniz mili şimal-şərqdə baş verib. Gəminin kapitanı naməlum mərminin zərbəsi nəticəsində gəminin sağ bortunda deşik yarandığını bildirib.
Məlumata görə, gəmi və heyət əvvəlcə təhlükəsiz olub. Gəminin adı və digər təfərrüatlar açıqlanmayıb. Hadisə hücum kimi təsnif edilib.