Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ Ukrayna münaqişəsinin həlli üçün diplomatik təşəbbüslər irəli sürməyə davam edəcək, lakin danışıqların uğurla nəticələnəcəyinə zəmanət verə bilməz.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Parisdə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Vaşinqtonun əsas məqsədi tərəflər arasında danışıqları asanlaşdırmaq və diplomatik həllə nail olmaq üçün yeni ideyalar irəli sürməkdir.

Rubio ABŞ-nin bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulasa da, yekun nəticəyə zəmanət verməyin mümkün olmadığını bildirib.

Dövlət katibi bu açıqlamanı Əbu-Dabidə Ukrayna ilə bağlı keçirilməsi nəzərdə tutulan üçtərəfli danışıqlara hazırlıqla bağlı sualı cavablandırarkən verib.