Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Qazaxıstanda gələn ilin ortalarınadək xərçəngə qarşı ilk yerli dərman preparatının hazırlanmasının başa çatdırılması və onun tədricən bazara çıxarılmasına başlanılması planlaşdırılır.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek məlumat verib.

Onun sözlərinə görə, sınaqların birinci mərhələsi uğurla başa çatıb və hazırda alimlər ikinci mərhələyə başlayırlar.