Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya üzv olmasının zəruriliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində gələcək Avropa təhlükəsizlik arxitekturasını şərh edərkən bildirib.

"Əminəm ki, gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO əsas rol oynamalı olacaq. Ukraynanın yeri Alyans daxilindədir", -deyə Fransa Prezidenti qeyd edib.

Avropa ölkələri ilə Rusiya arasında mümkün təmaslara da toxunan Fransa lideri qeyd edib ki, bu dialoqun əsas məqsədi müharibədən sonrakı dövrə dair Avropanın baxışlarını izah etmək olmalıdır. Eyni zamanda o, qitənin uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün ABŞ-dən gözləntilərin dəqiqləşdirilməsinin vacibliyini bildirib.

Emmanuel Makron, həmçinin Kiyevə göstərilən yardımın davam etdirilməsinə çağırıb.