Şeremetyevo hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Şeremetyevo hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Rusiyanın Şeremetyevo Beynəlxalq Hava Limanında təyyarələrin eniş və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) “Max” platformasındakı kanalı məlumat yayıb. Qurumun açıqlamasında bildirilib ki, hava limanında təyyarələrin gəlişi və uçuşu ilə bağlı tətbiq olunan məhdudiyyətlər qüvvədən düşüb. Bununla da hava limanında uçuşların və enişlərin həyata keçirilməsi üçün əvvəlki rejim bərpa olunub.

Qeyd edək ki, məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri və onların hava limanının fəaliyyətinə təsiri barədə əlavə məlumat verilməyib.