Qırğızıstan hökumətinə kim başçılıq edəcək?

Qırğızıstan hökumətinə kim başçılıq edəcək?

Qırğızıstan Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

yeniazerbaycan.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, Qırğızıstan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən fərmana əsasən, Akılbek Japarov Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Agentliyin digər xəbərinə görə, Qırğızıstan parlamenti çərşənbə günü keçirilən iclasda dövlət başçısı tərəfindən namizədliyi irəli sürülən Akılbek Japarovun başçılıq etdiyi yeni hökumətin - Nazirlər Kabinetinin tərkibini yekdilliklə təsdiqləyib.