Əfqanıstanın Qunduz və Nanqarhar bölgələrində partlayışlar baş verib. yeniazerbaycan.com Rusiyanın “Lenta.ru” saytına istinadən xəbər verir ki, Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Cəlalabad şəhərində yerləşən Şabarxan-Ağa məscidinin yaxınlığında baş verən güclü partlayış nəticəsində insan tələfatı qeydə alınıb. “Shamshad News” istinadən sayt yazır ki, ilkin məlumata görə, ölən və yaralananlar var. Onların sayı dəqiqləşdirilməyib.
Digər bir məlumata görə, Əfqanıstanın Qunduz əyalətində baş verən güclü partlayış nəticəsində 7 nəfər həlak olub, 6 nəfər yaralanıb.