Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

Türkiyənin Ərzurum vilayətində noyabrın 22-də yerli vaxtla saat 11:31-də zəlzələ baş verib. yeniazerbaycan.com Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, 4,7 bal gücündə baş verən zəlzələnin episentri Ərzurum vilayətinin Köprüköy rayonunda olub. 5 kilometr dərinlikdə baş verən zəlzələnin ətraf vilayətlərdə də hiss edildiyi bildirilir.

Xatırladaq ki, 19 noyabrda da Ərzurum vilayətinin Köprüköy rayonunda 5,1 bal gücündə zəlzələ qeyd alınmışdı.